Xəbərlər


Kikboksçularımız “Wizard Open”də 2 medala sahib olublar

Ukraynanın paytaxtı Kiyevdə kikboksinq üzrə "Wizard Open-2017” beynəlxalq turniri keçirilib. Yarışda 300-dən artıq idmançı qüvvəsini sınayıb.

Klubumuz Azərbaycan yığmasının heyətində iki yetirməsi ilə təmsil olunub və onların hər ikisi mükafata layiq yer tutub. 71 kiloqram çəki dərəcəsində mübarizə aparan Sehran Baxşıyev loukik versiyasında turnirin qalibi adını qazanıb. İsgəndər Hacıyev (67 kq) isə full kontakt yarışlarının gümüş medalına sahib olub.

Klubumuzun kikboksinq üzrə məşqçisi Elnur Alıyev isə turnirdə ədalət təmsilçisi qismində çıxış edib.