Xəbərlər


Şəmkirdə cüdo üzrə beynəlxalq turnir keçirilib

Şəmkir Olimpiya İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə beynəlxalq turnir sona yetib. Azərbaycan Cüdo Federasiyası və Şəmkir Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 32 komandadan 347 cüdoçu qalib adı uğrunda mübarizəyə qoşulub. İki gün davam edən turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala və Şəmkirlə yanaşı, Gürcüstan, Türkiyə və Latviyadan olan yeniyetmə cüdoçular bacarıqlarını nümayiş etdiriblər.

Klubumuzun idmançılarından ikisi yarışın mükafatına layiq görülüb. Onlardan 55 kiloqram çəkidə çıxış edən Sübhan Eyubov yalnız həlledici final görüşündə məğlub olub və gümüş medala yiyələnib. Eyni çəki dərəcəsində mübarizə aparan Süleyman Əliyev isə beynəlxalq turniri 3-cü pillədə başa vurub.