Xəbərlər


Cüdoçularımız “World Masters” turnirində 2 medal qazanıblar

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən cüdo üzrə "World Masters” beynəlxalq turnirinə yekun vurulub. 46 ölkədən 212 idmançının qatıldığı yarışda Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunub.

Cüdoçularımız mötəbər turnirin 2 medalına sahib olublar ki, onların da hər ikisini ölkəmizə "Neftçi İdman Klubu”nun yetirmələri qazandırıblar. 73 kq kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov və Elxan Məmmədov (100 kq) "World Masters” turnirinin bürünc medalına yiyələniblər.

Cüdoçularımız “World Masters” turnirində  2 medal qazanıblar