Xəbərlər


Futzal komandamız heç-heçə etdi

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında növbəti turun oyunları keçirilib.

"Neftçi İdman Klubu”nun futzalçıları bu turda "FK.İD Futsal” komandası ilə üz-üzə gəliblər. Görüşü komandamız üçün uğursuz hesab etmək olar. Belə ki, futzalçılarımız ilk hissədə iki qol vurmaqla fasiləyə üstün yollansalar da, ikinci yarının ortalarında hər şey komandamızın əleyhinə dəyişib. Rüfət Balakişiyev bir dəqiqə intervalla iki avtoqola imza atıb. Hətta bu azmış kimi, 30-cu dəqiqədə Elvin Quliyev "FK.İD Futsal”ı hesabda önə keçirib. Ancaq buna baxmayaraq, rəqibin sevinci uzun çəkməyib. Mehram Eybeli hesaba tarazlıq gətirib-3:3. Qarşılaşmada əlavə qol vurulmayıb və matç elə bu hesabla da başa çatıb.