Xəbərlər


Parataekvondoçularımız Dünya Oyunlarında 4 medala layiq görülüblər

Portuqaliyada IWAS versiyası üzrə fiziki məhdudiyyətli idmançılar arasında keçirilən Dünya Oyunlarında taekvondo yarışlarına yekun vurulub.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan taekvondoçuları böyük əzmkarlıq nümayiş etdirərək mötəbər turnirin 4 medalına sahib olublar. İdmançılarımızdan Nicat Müslümov iki kateqoriya üzrə döyüşlərdə mübarizə aparıb. Təmsilçimiz 75 kiloqram çəki dərəcəsində (K42) qızıl, 43 kateqoriyalı idmançıların yarışında isə gümüş medala yiyələnib. Klubun digər yetirmələri Vüqar Adışirinov (K44) və Röyalə Fətəliyeva( 49 kq, K44) isə Dünya Oyunlarını bürünc medalla başa vurublar.