Xəbərlər


Cüdoçuların yeni reytinq cədvəli açıqlanıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Dekabr ayı üçün nəzərdə tutulan siyahıda "Neftçi İdman Klubu”nun cüdoçularının mövqelərində bəzi dəyişikliklər olub. Təmsilçilərimizdən Orxan Səfərov (60 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, 2-ci, 4-cü, 2-ci, 11-ci və 7-ci pillələrdə qərar tutublar. Klubun yetirmələrindən Nicat Şıxəlizadə (66 kq), Tural Səfquliyev (90 kq) və Elxan Məmmədov (100 kq) hərəyə bir, İrina Kindzerska(+78 kq) isə iki rəqibini özündən irəli buraxıb. Nəticədə cüdoçularımız müvafiq olaraq, 7-ci, 17-ci, 4-cü və 7-ci sıralarda yer alıblar.