Xəbərlər


“Qaradağ Lökbatan” 3 xalı 4 qolla qazandı

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XII turun oyunları sona yetib.

Bu tur çərçivəsində "Qaradağ Lökbatan” evdə "Binə”ni qəbul edib. Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan qarşılaşmada komandamız 4:1 hesablı qələbəyə sevinib. Oyunun baş hakimi Orxan Məmmədovun start fitindən dərhal sonra qələbə əzmi ilə irəli atılan futbolçularımız rəqibə təzyiq etməyə başlayıblar. Nəticədə matçın 15- ci dəqiqəsində "Binə”nin oyunçusu Toure Morifere avtoqola imza atıb. 38-ci dəqiqədə komandamız Emin Mustafayevin vurduğu qolla hesab arasındakı fərqi ikiyə çatdırıb-2:0. İlk hissədə azarkeşlər əlavə qola şahidlik etməyiblər. Fasilədən sonra Elvin Adışirinli oyunun 62-ci dəqiqəsində rəqib qapısına yol tapa bilib. Matçın 82-ci dəqiqəsində Timur Dadaşov "Qaradağ Lökbatan”ın qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib-3:1. Komandamız artırma dəqiqələrində (90+3) "Binə”ni dördüncü dəfə meydanın mərkəzinə dəvət edib. Bu dəfə Sabir Allahquliyev adını tabloya yazdırıb.

Beləliklə, "Qaradağ Lökbatan” hazırda 32 xalla turnir cədvəlində liderliyini davam etdirir və ən yaxın izləyicisi olan MOİK-i 12 xal qabaqlayır.