Xəbərlər


Güləşçilərimiz dünya çempionatında 4 medal qazanıblar

Polşanın Bıdqoş şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatı başa çatıb.

19-23 yaşlı idmançılar arasında ilk dəfə təşkil olunan çempionatda "Neftçi İdman Klubu”nun təmsilçiləri 4 medala sahib olublar.

Yunan-Roma güləşçilərimizdən 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Sakit Cəlilov və İslam Abbasov (85 kq) mötəbər turnirin bürünc medalına layiq görülüblər.

Qadın güləşçilərin yarışında Türkan Nəsirova (58 kq), sərbəst güləçşilərdən isə 57 kq-da ölkəmizin şərəfini qoruyan Pərviz İbrahimov da eyni uğura imza atıb.