Xəbərlər


Cüdo üzrə Bakı çempionatı başa çatıb

Kişilər və qadınlar arasında keçirilən cüdo üzrə paytaxt çempionatına yekun vurulub. "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan yarışda 24 komandadan 242 idmançı (219 kişi, 23 qadın) çempionluq uğrunda mübarizəyə qoşulub.

Çempionatın sonuncu günündə klubumuzun iki cüdoçusu mükafata layiq görülüb. Onlardan 81 kiloqram çəki dərəcəsində çıxış edən İsmayıl Piriyev əzmkarlıq nümayiş etdirərək çempionluq sevinci yaşayıb. Coşqun Abdullayev (90 kq) isə paytaxt yarışının gümüş medalına yiyələnib.

Xatırladaq ki, çempionatın ilk günündə daha 7 cüdoçumuz (3 qızıl, 2 gümüş, 2 bürünc) medala sahib olmuşdu.

Cüdo üzrə Bakı çempionatı başa çatıbCüdo üzrə Bakı çempionatı başa çatıbCüdo üzrə Bakı çempionatı başa çatıb