Xəbərlər


“Qaradağ Lökbatan”dan daha bir qələbə

Bu gün I Divizionda XI tura bir qarşılaşma ilə start verilib.

İlk görüşdə "Qaradağ Lökbatan” "Sabah” komandasının qonağı olub. Binə qəsəbə stadionunda təşkil olunan oyun komandamızın sürətli hücumları ilə başlayıb. Matçın 5-ci dəqiqəsində Əliqulu Manafov rəqibi məyus edib. Fasiləyə qədər qapılara əlavə qol vurulmayıb. İkinci hissə də komandamızın üstünlüyü ilə başlayıb. Qarşılaşmanın 62-ci dəqiqəsində təşkil olunan hücumda futbolçularımız "Sabah”ı növbəti dəfə mərkəzə dəvət ediblər. Bu dəfə Coşqun Süleymanov irəli atılaraq komandamızın ikinci qoluna imza atıb.

Beləliklə, komandamız rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanıb və 29 xalla turnir cədvəlində liderliyini davam etdirir.