Xəbərlər


Cüdoçularımız paytaxt çempionatında

"Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə Bakı çempionatına start verilib. Yarışda 24 komandanın heyətində 219 kişi və 23 qadın cüdoçu qüvvəsini sınayır. Çempionatın ilk günü qadınlarda bütün çəki dərəcələrində (48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq, +78 kq), kişilər arasında isə 60 və 66 kiloqram çəkidə qaliblər müəyyənləşib.

"Neftçi İdman Klubu"nun təmsilçiləri çempionatın birinci günündə 7 medala (3 qızıl, 2 gümüş, 2 bürünc) sahib olublar. Xanım cüdoçularımızdan Şəfəq Məmmədova (52 kq) və Buyankşinq Purevsuren (57 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 63 kq çəki dərəcəsində mübarizə aparan İçinkorlo Munktsedef və Laiqə Rəhimova (70 kq) gümüş, Erdenebat Bazarraqça (52 kq) isə bürünc medala layiq görülüb.

Kişilər arasında keçirilən yarışda Balabəy Ağayev (60 kq) bütün görüşlərdən qalib ayrılaraq paytaxt çempionatının qalibi adını qazanıb. Davud Məmmədsoy (66 kq) isə yarışı 3-cü yerdə başa vurub.

Qeyd edək ki, cüdo üzrə Bakı çempionatına noyabrın 24-də yekun vurulacaq.

Cüdoçularımız paytaxt çempionatındaCüdoçularımız paytaxt çempionatındaCüdoçularımız paytaxt çempionatındaCüdoçularımız paytaxt çempionatında
Cüdoçularımız paytaxt çempionatında
Cüdoçularımız paytaxt çempionatında