Xəbərlər


Taekvondoçularımız “Qabala Open”dən 2 medalla döndülər

Qəbələ Olimpiya İdman Kompleksində taekvondo üzrə uşaq, yeniyetmə və gənclər arasında "Qabala Open” beynəlxalq turniri keçirilib. Üç gün davam edən yarışda ölkəmizin 30 şəhər və rayonundan, eləcə də Türkiyə, İraq, Gürcüstan və Rusiyadan 500-dən çox idmançı bacarığını nümayiş etdirib.

Klubumuzun taekvondoçularından 27 kq çəki dərəcəsində mübarizə aparan Əzizağa Nəsibov uşaqlar arasında (2008-2009) turnirin bürünc medalına layiq görülüb. Digər idmançımız Kənan Cavadzadə (55 kq) isə gənclər arasında (2000-2002) eyni uğuru təkrarlayıb.
Taekvondoçularımız “Qabala Open”dən 2 medalla döndülərTaekvondoçularımız “Qabala Open”dən 2 medalla döndülərTaekvondoçularımız “Qabala Open”dən 2 medalla döndülər