Xəbərlər


Kudoçumuz Yaponiyada çempion oldu

"Neftçi İdman Klubu"nun təmsilçisi Bayram Gözəlov Yaponiyada kudo (daydo-cuko) döyüş növü üzrə keçirilən 3-cü Asiya çempionatında böyük uğura imza atıb. 15 ölkədən 16 komandanın qatıldığı çempionatda 270 kateqoriyasında mübarizə aparan kudoçumuz qızıl medal qazanıb və yarışın ən texnikalı idmançısı kimi də təltif olunub.

Qeyd edək ki, ölkəmiz çempionatda bir idmançı ilə təmsil olunub.

Kudoçumuz Yaponiyada çempion olduKudoçumuz Yaponiyada çempion olduKudoçumuz Yaponiyada çempion oldu