Xəbərlər


Futzalçılarımızın növbəti qələbəsi

Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada VIII turun oyunları keçirilib.

"Neftçi İdman Klubu" bu turda "Yasamal” komandası ilə qarşılaşıb. Oyun futzalçılarımızın aşkar üstünlüyü şəraitində keçib. Cütün favoriti hesab edilən komandamız oyuna diktə edən tərəf olub. Matçın sonuna qədər əzmkar mübarizəsini davam etdirən "Neftçi İdman Klubu" rəqibi üzərində 6:2 hesablı qələbə qazanıb. Rüfət Balakişiyev poker edib (3, 15:04, 30:13, 35:40). Davud Xolerdi (38:37) və Tural İsmayılov (39:15) isə hərəyə bir dəfə fərqləniblər.

Növbəti üç xalı altı qolla əldə edən komandamız hazırda 13 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Futzalçılarımızın növbəti qələbəsi