Xəbərlər


Yeniyetmə cüdoçuların respublika birinciliyinə yekun vurulub

"Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Yarışda 70 komandadan 565 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Ölkə birinciliyinin sonuncu günündə 119 cüdoçu tatami üzərinə çıxıb və 73 kq, 81 kq, 90 kq, +90 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

"Neftçi İdman Klubu"nun yetirmələri yarışın sonuncu günü daha iki medala yiyələniblər. 81 kiloqram çəkidə çıxış edən İbrahim Ağakişiyev bütün görüşləri qələbə ilə başa vuraraq respublika çempionu olub. Seymur Soltanlı (73 kq) isə bürünc medala layiq görülüb.

Üç gün davam edən yarışda ümumilikdə 12 medala (4 qızıl, 2 gümüş, 6 bürünc) sahib olan cüdoçularımız komanda hesabında birinci yeri tutublar.

Birincilikdə yüksək nəticə göstərən idmançılara Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.
Yeniyetmə cüdoçuların respublika birinciliyinə yekun vurulub Yeniyetmə cüdoçuların respublika birinciliyinə yekun vurulub Yeniyetmə cüdoçuların respublika birinciliyinə yekun vurulub