Xəbərlər


“Qaradağ Lökbatan” liderliyini davam etdirir

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda IX tura yekun vurulub.

Bu tur çərçivəsində "Qaradağ Lökbatan” Ağsunun eyniadlı komandasını qəbul edib. Lökbatandakı Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan qarşılaşmada komandamız növbəti qələbəsini qazanıb. Futbolçularımız rəqibi 4:1 hesabı ilə məğlubiyyətə uğradıblar. 19-cu dəqiqədə Məhəmməd Xəlilov, 41-ci dəqiqədə isə Coşqun Süleymanov fərqlənib. Digər iki qola isə komandamız ikinci hissədə imza atıb. Bu dəfə matçın 68-ci dəqiqəsində Sabir Allahquliyev, artırma dəqiqələrində (90+4) isə Samir Musayev adını tabloya yazdırıb.