Xəbərlər


Cüdoçularımızdan daha 4 medal

"Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə cüdoçuların respublika birinciliyi davam edir. Yarışın ikinci günü 224 idmançı tatami üzərinə çıxıb və 55 kq, 60 kq, 66 kq çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.

Klubumuzun 4 yeniyetmə cüdoçusu medallara layiq görülüb. Onlardan 60 kq çəkidə çıxış edən Nəriman Mirzəyev böyük əzmlə mübarizə apararaq Azərbaycan çempionu adını qazanıb. Nadir Zəkəriyyəyev (55 kq), Xəyal Sadıqov və Vüqar Talıbov (hər ikisi 66 kq) isə fəxri kürsünün üçüncü pilləsi ilə kifayətləniblər.

Cüdoçularımızdan daha 4 medal Cüdoçularımızdan daha 4 medal Cüdoçularımızdan daha 4 medal