Xəbərlər


Yeniyetmə cüdoçuların ölkə birinciliyi davam edir

"Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda 70 komandanın tərkibində 565 idmançı çempionluq uğrunda mübarizəyə qoşulub.

Birinciliyin ilk günündə "Neftçi İdman Klubu"nun yetirmələri 8 medala (2 qızıl, 2 gümüş, 4 bürünc) sahib olublar. Oğlanlar arasında 46 kq çəki dərəcəsində qüvvəsini sınayan Mustafa Budaqov, Şükran Zamanlı və Namiq Mirzəliyev (hər ikisi 50 kq) bürünc medal qazanıblar.

Qızlar arasında keçirilən yarışlarda Ülviyyə Bayramova (52 kq) və Fəridə Səfərova (57 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Aytac Qardaşxanlı (48 kq) və Fidan Vəliyeva (63 kq) gümüş medala layiq görülüblər. 36 kq-da çıxış edən Nigar Səhrabova isə respublika birinciliyini 3-cü yerdə başa vurub.

Qeyd edək ki, yeniyetmə cüdoçuların Azərbaycan birinciliyinə noyabrın 17-də yekun vurulacaq.
Yeniyetmə cüdoçuların ölkə birinciliyi davam edirYeniyetmə cüdoçuların ölkə birinciliyi davam edirYeniyetmə cüdoçuların ölkə birinciliyi davam edir