Xəbərlər


Futzal komandamız güclü rəqibini məğlub etdi

Futzal üzrə ölkə çempionatının Yüksək Liqasında VII turun oyunları keçirilib.

Bakı İdman Sarayında təşkil olunan qarşılaşmalarda "Neftçi İdman Klubu" turnir cədvəlinin liderlər qrupunda yer alan "Marafon Futsal”la üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyun tərəflərin qarşılıqlı hücumları ilə müşayiət olunub. Qələbə qazanmağa daha istəkli olan komandamız yekunda öz arzusuna çatıb. Futzalçılarımız güclü rəqiblərini 3:1 hesabı ilə məğlub ediblər. "Marafon Futsal” komandasının qapısından topları Rüfət Balakişiyev (2:50, 39:28) və Tural Qurbanov (35:54) keçirib.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 10-a çatdıran komandamız 4-cü pilləyə yüksəlib.