Xəbərlər


Kikboksçularımızın yeni qələbələri

Macarıstanın paytaxtı Budapeştdə WAKO üzrə keçirilən dünya çempionatı yığma komandamız üçün gözəl sonluqla bitmişdir.

Belə ki, 64 ölkənin iştirak etdiyi bu yarışda 800-dən çox idmançı birinci olmaq adı uğrunda əzmlə mübarizəyə qatılmışlar. Bu yarışda Azərbaycan komandası 15 idmançı ilə təmsil olunurdu. Yığma komandamızın tərkibində "Neftçi İdman Klubu" dörd idmançı ilə iştirak edib və bu çempionatda fərqlənə bilmişlər.

54 kq çəkidə Fu Kontakt və Low Kik versiyasında çıxış edən Camal Məmmədov və Çingiz Əhmədov dünya çempionatının bürünc medalına layiq görülmüşlər.

Çempionatda klubumuzun məşqçi müəllimi, yarışın ədalət təmsilçisi kimi iştirak edən Elnur Alıyev "Ən yaxşı hakim” seçilərək "A+” kateqoriyasına layiq görülmüşdür. 

Xatırladaq ki, qarşıda kikboksçularımızı daha bir mühüm sınaq gözləyir. İlin son ayında onlar, Ukraynanın paytaxtı Kiyevdə qitə çempionatında yenidən güclərini sınamalı olacaqlar.
Kikboksçularımızın yeni qələbələriKikboksçularımızın yeni qələbələriKikboksçularımızın yeni qələbələri