Xəbərlər


"Qaradağ Lökbatan" Tovuzdan da xalla döndü

 

 

Azərbaycan I Divizionunda VIII turun oyunları keçirilib.

"Qaradağ Lökbatan" Tovuzda "Turan Tovuz”la üz-üzə gəlib. Turun mərkəzi qarşılaşmasında qalib müəyyənləşməyib. Oyunun 38-ci dəqiqəsində Sabir Allahquliyevin vurduğu qolla komandamız önə keçib. İlk hissəni məğlub durumda başa vuran rəqib fasilədən sonra aktivliyini bir qədər artırıb. Matçın 66-cı dəqiqəsində Elnur Səmədov komandamızın qapısına təyin olunan penaltı zərbəsini dəqiq yerinə yetirərək hesaba tarazlıq gətirib – 1:1.

Beləliklə, tərəflər hərəyə bir xalı elə bir qolla qazanıblar.

Qeyd edək ki, ümumi xallarının sayını 20-yə çatdıran "Qaradağ Lökbatan" turnir cədvəlində şəriksiz liderdir.