Xəbərlər


Nəzakət Əzizova Avropa üçüncüsü olub

Monteneqronun paytaxtı Podqoritsada 23 yaşadək cüdoçular arasında Avropa birinciliyi keçirilib. Yarışda 40 ölkədən 301 idmançı (168 oğlan, 133 qız) qalib adı uğrunda mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu"nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçusu Nəzakət Əzizova mötəbər turnirin mükafatçıları sırasında yer alıb. 52 kiloqram çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan idmançımız gənc qızlar arasında təşkil olunan yarışda Avropa birinciliyinin bürünc medalına sahib olub.