Xəbərlər


Taekvondoçumuz Dağıstandan qızıl medalla döndü

Dağıstan Respublikasının paytaxtı Mahaçqalada taekvondo üzrə yeniyetmələr, gənclər və böyüklər arasında yerli "Çempion" klubunun mükafatları uğrunda açıq turnir keçirilib.

Klubumuzun taekvondoçusu Fidan Vəlizadə yeniyetmə qızlar arasında mükafata layiq görülüb. 41 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız turnirin qızıl medalına sahib olub.