Xəbərlər


“Qaradağ Lökbatan” növbəti qələbəsinə sevindi

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda VII tura yekun vurulub.

Bu tur çərçivəsində "Qaradağ Lökbatan” "Xəzər” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan qarşılaşma komandamızın aşkar üstünlüyü şəraitində keçib. Oyunun ilk dəqiqələrindən irəli atılan futbolçularımız görüşün ikinci hissəsində rəqib qapısından 2 cavabsız top keçiriblər. Komandamızın heyətində 46-cı dəqiqədə Emin Mustafayev, 51-ci dəqiqədə isə Sabir Allahquliyev fərqlənib.

Növbəti 3 xalını qazanan komandamız turnir cədvəlində liderliyini davam etdirir.