Xəbərlər


Şahmatçılarımız Avropa çempionu oldular

Yunanıstanın Krit adasında keçirilən komandalararası Avropa çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığması qalib olub.

Sonuncu turda komandamız Ukrayna yığması ilə qarşılaşıb və oyun 2:2 hesabı ilə başa çatıb. Bu komanda ilə heç-heçə oynayan şahmatçılarımız çempionatı 14 xalla yekunlaşdırıblar.

Sonuncu turda Almaniya komandasını 3:1 hesablı məğlubiyyətə uğradan Rusiya yığması da xallarının sayını 14-ə çatdırıb.

Azərbaycan millisi əlavə əmsallara görə turnir cədvəlində birinci yeri tutaraq Avropa çempionu adını qazanıb. Rusiya ikinci, Ukrayna komandası isə üçüncü yeri tutub.

Qeyd edək ki, millimizin bu uğura imza atmasında "Neftçi İdman Klubu" böyük pay sahibi olub. Belə ki, klubun yetirmələri – Teymur Rəcəbli və Eltac Səfərli Azərbaycan yığmasının heyətində ölkəmizi layiqincə təmsil ediblər.

Çempionatda fərdi çıxışları ilə fərqlənən şahmatçılar arasında Teymur Rəcəbov da yer alıb. İkinci lövhədə 5,5 xallıq nəticə göstərən şahmatçımız gümüş medala layiq görülüb.

Şahmatçılarımız Avropa çempionu oldular