Xəbərlər


Boksçularımız paytaxt birinciliyində mübarizə aparıblar

Gənclər arasında boks üzrə açıq Bakı birinciliyi keçirilib. Respublika Boks Mərkəzində təşkil olunan yarışda 130 dəri əlcək ustası qalib adı uğrunda döyüşüb.

Klubumuzun boksçularından altısı paytaxt birinciliyinin mükafatlarına layiq görülüb. Onlardan 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Vüqar Səmədov rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mirmehdi Mehdizadə (49 kq), Şirxan Məlikov (52 kq), Murad Əlizadə (60 kq) gümüş, Amil İlyasov (56 kq) və Əmri Novruzov (91 kq) isə bürünc medala sahib olublar.

Klubumuzun gənc boksçuları komanda hesabında 2-ci yeri tutublar.