Xəbərlər


Güləşçilərimiz Bakı çempionatında 6 medala layiq görülüblər

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yunan-Roma güləşçilərinin paytaxt çempionatına yekun vurulub.

Yarışda "Neftçi İdman Klubu”nun pəhləvanları da qüvvələrini sınayıblar. Təmsilçilərimiz 3-ü qızıl, 1-i gümüş və 2-si bürünc olmaqla çempionatın 6 medalına sahib olublar. Güləşçilərimizdən 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə, Sakit Cəlilov (80 kq) və Elməddin Ramazanov (85 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Bakı çempionatının qalibi adını qazanıblar. Yalnız final qarşılaşmasında məğlub olan Arif Niftullayev (98 kq) gümüş medala layiq görülüb. Elşad Məmmədovla (59 kq) Fikrət Vəliyev (75 kq) isə yarışı üçüncü yerdə başa vurublar.