Xəbərlər


“Qaradağ Lökbatan” son anda qələbə qazandı

Birinci Divizionda VI turun oyunları start götürüb.

Turnir cədvəlinin şəriksiz lideri "Qaradağ Lökbatan” bu tur çərçivəsində "Şüvəlan”ın qonağı olub. "Azal Arena”da keçirilən qarşılaşmanın 8-ci dəqiqəsində rəqib önə keçib. "Şüvəlan”ın futbolçusu Mirkamil Həşimli adını tabloya yazdırıb. Komandamızın göstərdiyi səylərə baxmayaraq, birinci hissə elə bu hesabla da sona çatıb. Fasilədən sonra tərəflərin qarşılıqlı hücumları davam edib. Futbolçularımız yalnız 88-ci dəqiqədə Coşqun Süleymanovun ifasında rəqib qapısına yol tapa biliblər və hesab bərabərləşib – 1:1. Təzyiqi bir qədər də artıran "Qaradağ Lökbatan” artırma dəqiqələrində istəyinə çatıb. Sabir Allahquliyevin vurduğu qol (90+4) son anda komandamıza 2:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, "Qaradağ Lökbatan” hazırda 16 xalla turnir cədvəlinin lideridir.