Xəbərlər


Stolüstü tennis üzrə Azərbaycan kuboku keçirilib

"Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan kuboku yarışı başa çatıb. Turnirdə "Neftçi İdman Klubu” İB, "Təhsil” RİM, 13 saylı İOEUGİM komandaları, eləcə də Qaradağ, Sumqayıt, Şəki, Şabran və Gədəbəy rayonundan olan 150-yə yaxın idmançı qalib adı uğrunda yarışıb.

Klubumuzun yarışa qatılmış tennisçilərindən Zemfira Mikayılova şəxsi yarışlarda bürünc medal qazanıb. Qızlar arasında keçirilən qoşa yarışlarında Zemfira Mikayılova – Xədicə Əbilzadə cütlüyü ikinci yeri tutub. Qarışıq-qoşa yarışlarında isə İbrahim Ansari və Zemfira Mikayılovadan ibarət cütlük fəxri kürsünün üçüncü pilləsində qərar tutub.

Stolüstü tennis üzrə Azərbaycan kuboku keçirilibStolüstü tennis üzrə Azərbaycan kuboku keçirilibStolüstü tennis üzrə Azərbaycan kuboku keçirilib