Xəbərlər


Güləşçimiz “Yuqra Kuboku”nda bürünc medal qazanıb

Rusiyanın Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə keçirilən sərbəst güləş üzrə "Yuqra Kuboku” beynəlxalq turnirinə yekun vurulub. Yarışda Azərbaycan, Rusiya, Almaniya, Macarıstan, İsrail, Qazaxıstan, Tacikistan, Türkiyə, Tunis, Ukrayna, Qırğızıstan və Ermənistan pəhləvanları qüvvələrini sınayıblar.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan sərbəst güləşçisi Mahir Əmiraslanov turnirin bürünc medalına sahib olub. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə rusiyalı İsmail Qadjiyevi məğlubiyyətə uğradıb.