Xəbərlər


Yeniyetmə cüdoçumuz Sloveniyadan medalla dönür

Sloveniyanın Koper şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib.

"Neftçi İdman Klubu”nun Azərbaycan milli komandasında təmsil olunan cüdoçusu, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Ağakişiyev mötəbər turnirin bürünc medalına sahib olub.

Qeyd edək ki, 17 ölkədən 230 idmançının (153 oğlan, 77 qız) qatıldığı və yığma komandamızın 15 oğlan cüdoçusu ilə iştirak etdiyi Avropa kuboku yarışında Azərbaycan millisi 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb və ümumi komanda hesabında bütün ölkələri qabaqlayaraq birinci yeri tutub.