Xəbərlər


Cüdoçularımız “Böyük dəbilqə”ni 4 medalla başa vurdular

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turniri sona çatıb. 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) qatıldığı yarışda Azərbaycan millisi 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunub.

Mötəbər yarışın sonuncu günündə "Neftçi İdman Klubu”nun yığma komandanın heyətində yer almış daha iki cüdoçusu uğurla çıxış edərək mükafata layiq görülüb.

Qadınların yarışında 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən İrina Kindzerskaya yarımfinalda rusiyalı rəqibi Kseniya Çibisova üzərində qələbə qazanaraq finala vəsiqəni təmin edib. Xanım cüdoçumuz həlledici görüşdə Hollandiya idmançısı Tessie Savelkoulsa məğlub olub və gümüş medala yiyələnib.

Kişilərin mübarizəsində 90 kq çəkidə çıxış edən klubumuzun yetirməsi Məmmədəli Mehdiyev isə mötəbər turnirin bürünc medalını qazanıb. İdmançımız üçüncü yer uğrunda qarşılaşmada rusiyalı Aleksandr Roslyakova qalib gəlib.

Bununla da "Neftçi İdman Klubu”nun təmsilçiləri Əbu-Dabi "Böyük dəbilqə” turnirini iki gümüş və iki bürünc medalla başa vurublar.

Xatırladaq ki, turnirin əvvəlki günlərində klubumuzun cüdoçularından Nicat Şıxəlizadə (66 kq) gümüş, Rüstəm Orucov (73 kq) isə bürünc medala sahib olmuşdu.

Cüdoçularımız “Böyük dəbilqə”ni 4 medalla başa vurdularCüdoçularımız “Böyük dəbilqə”ni 4 medalla başa vurdularCüdoçularımız “Böyük dəbilqə”ni 4 medalla başa vurdularCüdoçularımız “Böyük dəbilqə”ni 4 medalla başa vurdular