Xəbərlər


Nicat Şıxəlizadə “Böyük dəbilqə”də gümüş medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turnirinə start verilib. 47 ölkədən 277 cüdoçunun (172 kişi, 105 qadın) qalib adı uğrunda yarışdığı turnirdə milli komandamız 11 idmançı (8 kişi, 3 qadın) ilə təmsil olunur.

"Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer almış cüdoçusu Nicat Şıxəlizadə yarışın ilk günü tatami üzərinə çıxıb. 66 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız Çin, Moldova, Gürcüstan və Rusiya təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada israilli rəqibi Tal Flikerə məğlub olan Nicat Şıxəlizadə Əbu-Dabi "Böyük dəbilqə” turnirinin gümüş medalına layiq görülüb.
Nicat Şıxəlizadə “Böyük dəbilqə”də gümüş medal qazandıNicat Şıxəlizadə “Böyük dəbilqə”də gümüş medal qazandı