Xəbərlər


“Qaradağ Lökbatan” liderliyini davam etdirir

Futbol üzrə Azərbaycan I Divizionunda V tura üç qarşılaşma ilə start verilib.

Bu turda "Qaradağ Lökbatan” Zaqatalanın eyniadlı komandasını qəbul edib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan oyunda tərəflərin cəhdlərinə baxmayaraq, birinci hissədə hesab açılmayıb. Fasilədən sonra komandamız hücumlarını davam etdirib və matçın 50-ci dəqiqəsində istəyinə nail olub. Belə ki, Emin Mustafayevin vurduğu qol qarşılaşmanın taleyini həll edən yeganə qol olub və "Qaradağ Lökbatan”a 3 xal qazandırıb.

Beləliklə, xallarının sayını 13-ə çatdıran komandamız hazırda turnir cədvəlində liderliyini davam etdirir.