Xəbərlər


Kikboksinq üzrə Bakı birinciliyi keçirilib

Kiçikyaşlı yeniyetmələr, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə Bakı birinciliyinə yekun vurulub. "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan yarışda 40 komandanın tərkibində 560 idmançı qüvvəsini sınayıb.

Klubumuzun kiçikyaşlı yeniyetmə kikboksçularından Elfan Əzizli (27 kq), Yusif Dadaşov (33 kq) və Əli Mirzəyev (36 kq) rəqib tanımayaraq açıq paytaxt birinciliyinin qalibi adını qazanıblar. Yalnız finalda məğlub olan Əlihüseyn Əliyev (36 kq) və Əli Qasımov (46 kq) isə gümüş medala layiq görülüblər.

Qeyd edək ki, bu yaş qrupunda kikboksçularımız komanda hesabında birinci yeri tutublar.

Yeniyetmələrin yarışında 60 kq çəki dərəcəsində klumuzu təmsil edən Fərid İlyasov və Sehran Baxşıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gənclər arasında mübarizə aparan idmançılarımızdan isə Hüseyn Əliyev (45 kq) və İsgəndər Hacıyev birinciliyi bürünc medalla tərk ediblər.

Kikboksinq üzrə Bakı birinciliyi keçirilibKikboksinq üzrə Bakı birinciliyi keçirilibKikboksinq üzrə Bakı birinciliyi keçirilib