Xəbərlər


Təmsilçilərimiz qraplinq üzrə dünya çempionatında

Bakı İdman Sarayında kişilər və qadınlar arasında qraplinq və qraplinq-gi üzrə sayca 10-cu dünya çempionatı keçirilib. 33 ölkədən 550 idmançının qatıldığı yarışda atletlər uşaqlar, yeniyetmələr, gənclər və veteranlar kateqoriyalarında mübarizə aparıblar.

Çempionatda klubumuzun yetirmələrindən beşi medala yiyələnib. Veteran idmançılarımızdan 92 kq çəkidə çıxış edən Həzi Həsənov dünya çempionu adına layiq görülüb. 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ariz Əliyev isə bürünc medal qazanıb. Əsgər Eldarov (92 kq) gənclər, Məhəmməd Papaqov (42 kq) və Rəvan İsgəndərli (85 kq) isə yeniyetmələr arasında 3-cü yeri tutublar.

Təmsilçilərimiz qraplinq üzrə dünya çempionatındaTəmsilçilərimiz qraplinq üzrə dünya çempionatındaTəmsilçilərimiz qraplinq üzrə dünya çempionatında