Xəbərlər


Daha bir cüdoçumuz dünya birinciliyinin qalibi oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən gənc cüdoçuların dünya birinciliyi sona yetib. 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) qatıldığı yarışda Azərbaycanın yığma komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

Mundialın sonuncu günündə "Neftçi İdman Klubu”nun daha bir cüdoçusu böyük uğura imza atıb. 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev Koreya, Özbəkistan, Avstriya və Tacikistan təmsilçiləri üzərində qələbə qazanaraq finala vəsiqəni təmin edib. Həlledici görüşdə o, erməni əsilli Rusiya idmançısı Armen Adamyanla üz-üzə gəlib. Bu qarşılaşmada da əzmlə mübarizə aparan Zelim Kotsoyev rəqibini məğlub edib və dünya birinciliyinin qızıl medalına sahib olub.

Xatırladaq ki, mötəbər yarışın əvvəlki günlərində klubun daha üç yetirməsi mundialın mükafatına layiq görülmüşdü. Onlardan Hidayət Heydərov (73 kq) qızıl, Natiq Qurbanlı (55 kq) gümüş, Nəzakət Əzizova (52 kq) isə bürünc medal qazanmışdı.

Qeyd edək ki, millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən üstün olaraq birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya, Rusiya, Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İtaliya və digər komandaları qabaqlayıblar. Ümumi komanda hesabında isə gənc cüdoçularımız yalnız Yaponiyadan geri qalaraq ikinci olublar.

Daha bir cüdoçumuz dünya birinciliyinin qalibi olduDaha bir cüdoçumuz dünya birinciliyinin qalibi olduDaha bir cüdoçumuz dünya birinciliyinin qalibi oldu