Xəbərlər


İdmançılarımız Avropa kəmərinə sahib olublar

Gürcüstanın Tbilisi şəhərində muay tay döyüş növü üzrə Avropa kəməri uğrunda yarış keçirilib. Turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Özbəkistan və Ermənistan idmançıları mübarizə aparıblar.

"Neftçi İdman Klubu” da yarışa qatılıb və komandamız ((Rahib İbrahimov (48 kq), Rəşad Qəhrəmanov (56 kq), Məhəmməd Musayev (60 kq), Elcan Qasımov (65 kq), Heydər Qasımov (70 kq), Nicat Heydərov (75 kq), Mehralı Qasımov (+91 kq)) Avropa kəmərinə sahib çıxıb.

Eyni məkanda təşkil olunan Avropa çempionatında isə idmançılarımız 2 qızıl və 5 gümüş medala yiyələniblər.

İdmançılarımız Avropa kəmərinə sahib olublar