Xəbərlər


Hidayət Heydərov gənclər arasında dünya çempionu oldu

Oktyabrın 17-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürmüş gənc cüdoçuların dünya birinciliyi davam edir.

Mötəbər yarışın ikinci günündə "Neftçi İdman Klubu”nun daha iki cüdoçusu fəxri kürsüdə yer alıb. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov Yaponiya, İtaliya, Qazaxıstan və Gürcüstan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici mərhələdə türkiyəli rəqibini də məğlubiyyətə uğradan idmançımız dünya birinciliyinin qalibi adını qazanıb.

Xanım cüdoçularımızdan 52 kq çəkidə ölkəmizi təmsil edən Nəzakət Əzizova isə yarışın bürünc medalına layiq görülüb. Mərakeş, İspaniya, Rumıniya və Monqolustan idmançıları üzərində qələbə qazanan klubumuzun yetirməsi yalnız yaponiyalı rəqibinə məğlub olub və 3-cü yeri tutub.

Xatırladaq ki, dünya birinciliyinin ilk günündə cüdoçumuz Natiq Qurbanlı (55 kq) gümüş medala sahib olmuşdu.

Hidayət Heydərov gənclər arasında dünya çempionu olduHidayət Heydərov gənclər arasında dünya çempionu olduHidayət Heydərov gənclər arasında dünya çempionu oldu