Xəbərlər


Natiq Qurbanlı dünya birinciliyinin gümüş medalına layiq görüldü

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc cüdoçuların dünya birinciliyinə start verilib. 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı yarışda Azərbaycan yığması 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.

"Neftçi İdman Klubu”nun millimizin heyətində yer alan gənc cüdoçusu Natiq Qurbanlı yarışın ilk günü tatami üzərinə çıxıb. 55 kq çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan idmançımız yalnız həlledici final qarşılaşmasında məğlubiyyətə uğrayıb və dünya birinciliyinin gümüş medalına sahib olub.