Xəbərlər


Samboçumuz dünya üçüncüsü oldu

Serbiyanın Novı-Sad şəhərində yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan yeniyetmə samboçusu Teymur Allahverdiyev mundialın mükafatçıları arasında yer alıb. 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız əzmkarlıq nümayiş etdirərək dünya birinciliyinin bürünc medalına layiq görülüb.