Xəbərlər


Bakı birinciliyi sona yetib

"Sərhədçi” Olimpiya İdman Mərkəzində 18 yaşadək yeniyetmə cüdoçular arasında keçirilən paytaxt birinciliyinə yekun vurulub. Yarışda rekord sayda - 567 cüdoçu mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yetirmələri birinciliyin sonuncu günündə daha 8 medala sahib olublar. Onlardan 81 kq çəkidə çıxış edən İbrahim Ağakişiyev bütün görüşləri qələbə ilə başa vuraraq çempion adını qazanıb. Nurlan Əliyev (66 kq), Seymur Soltanlı və Ülvi Həsənov (hər ikisi 73 kq) isə bürünc medala layiq görülüblər.

Qızlar arasında təşkil olunan yarışda Fəridə Səfərova (57 kq) paytaxt birinciliyinin qızıl medalına yiyələnib. Nigar Səhrabova (36 kq) ikinci , Əsmər İsgəndərova (52 kq) və Fidan Vəliyeva (63 kq) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, yarışın ilk günündə klubumuzun daha 3 cüdoçusu mükafata layiq yerlər tutmuşdu.

Bakı birinciliyi sona yetibBakı birinciliyi sona yetibBakı birinciliyi sona yetib