Xəbərlər


Yeniyetmə cüdoçuların paytaxt birinciliyinə start verilib

"Sərhədçi” İdman Olimpiya Mərkəzində 18 yaşadək yeniyetmə cüdoçular arasında paytaxt birinciliyinə start verilib.

Yarışın ilk günündə "Neftçi İdman Klubu”nun üç cüdoçusu mükafatçılar arasında yer alıb. Təmsilçilərimizdən 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Əlihümbət Qafarov yalnız həlledici final görüşündə məğlub olub və Bakı birinciliyinin gümüş medalına layiq görülüb. Eyni çəkidə çıxış edən Cavid Piriyev və Çingiz Fəttahov (55 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Qaliblərə Azərbaycan Cüdo Federasiyası, eləcə də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.