Xəbərlər


Komandamız səmti müəyyən etmə çempionatının qalibi oldu

Oktyabrın 7-8-də Şabranda və Bakıda səmti müəyyən etmə idman növü üzrə açıq respublika çempionatı keçirilib. 7 komanda tərkibində 235 idmançının qatıldığı yarışda atletlər müxtəlif yaş qrupları üzrə fərdi və komanda hesabında mübarizə aparıblar. Çempionatın birinci günü idmançılar Şabranda Qalaaltı meşə massivinin ərazisində yeni çəkilmiş xəritə üzrə orta məsafə, ikinci gün isə Bakıda – Dənizkənarı Bulvar və İçərişəhər ərazisində sprint növü üzrə bacarıqlarını nümayiş etdiriblər.

Komanda yarışlarında iki günün ümumi nəticələrinə görə "Neftçi İdman Klubu” qalib adını qazanıb.

Fərdi yarışlarda klubumuzun yetirmələrindən Gennadiy Klim sprint yarışlarında qızıl, orta məsafə yarışlarında isə gümüş medala sahib olub. Orta məsafə yarışlarında Vladislav Tuzov ikinci, Anna Kamayeva isə üçüncü yeri tutub.