Xəbərlər


“Qaradağ Lökbatan” vahid lider oldu

Futbol üzrə Azərbaycan I Divizionunda ikinci turun oyunları keçirilib.

"Qaradağ Lökbatan” bu turda "Sabah” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olnan qarşılaşmanın 35-ci dəqiqəsində qonaqlar Şirməmməd Məmmədovun vurduğu qolla önə keçiblər. Lakin rəqibin üstünlüyü uzun çəkməyib. Cəmi səkkiz dəqiqə sonra komandamız Coşqun Süleymanovun ifasında bərabərlik qolunu vurub-1:1. Komandalar elə bu hesabla da fasiləyə yollanıblar. İkinci hissədə oyuna nəzarəti ələ alan "Qaradağ Lökbatan” matçın 78-ci dəqiqəsində qələbə qolunu vurub. Bu dəfə Emin Mustafayev fərqlənib-2:1.

Qeyd edək ki, ardıcıl ikinci qələbəsini qazanan komandamız hazırda 6 xalla turnir cədvəlinin vahid lideridir.