Xəbərlər


Cüdoçumuz Daşkənddə medal qazandı

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə beynəlxalq Qran-pri turniri başa çatıb.27 ölkədən 183 idmançının (91 kişi, 92 qadın) qatıldığı yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunub.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer almış cüdoçusu, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev Daşkənd Qran-prisinin bürünc medalına layiq görülüb.