Xəbərlər


“Qaradağ Lökbatan” çempionata qələbə ilə başladı

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda 2017/2018-ci illər mövsümünə start verilib.

Keçirilən ilk tur çərçivəsində "Qaradağ Lökbatan” MOİK-in qonağı olub.”Bakı” Futbol Klubunun təlim-məşq bazasının stadionunda təşkil olunan qarşılaşmada komandamız minimal hesablı qələbə qazanıb-1:0. Oyunun ilk hissəsində hesab açılmasa da, fasilədən sonra futbolçularımızın aramsız hücumları öz bəhrəsini verib. Matçın 55-ci dəqiqəsində Coşqun Süleymanov komandamıza 3 xal qazandıran yeganə qolun müəllifi olub.