Xəbərlər


Cüdoçumuz Rüstəm Orucov Zaqreb Qran-prisinin qalibi oldu

"Neftçi İdman Klubu”nun yetirməsi Rüstəm Orucov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri turnirinin qızıl medalına sahib olub. 73 kq çəki dərəcəsində çıxış edən idmançımız məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 47 ölkədən 249 cüdoçunun mübarizə apardığı yarışda ardıcıl olaraq Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçiləri üzərində qələbə qazanaraq bu uğura imza atıb.

Mötəbər turnirdə qalib gələn Rüstəm Orucovun şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.