Xəbərlər


İdmançılarımız muay tay yarışında

"Qafqaz” Biznes Mərkəzində (Qafqaz Business Center) yerləşən "Rumya” otelində peşəkarlar arasında muay tay döyüş növü üzrə reytinq yarışı keçirilib.

"Neftçi İdman Klubu” bu yarışda 8 yetitməsi ilə təmsil olunub. İdmançılarımız turnirin 6 qızıl və 2 gümüş medalına sahib olublar. Azyaşlılardan Xəzər Niftəliyev, gənclərdən isə Rahib İbrahimov və Murad Bəhramzadə qalib adını qazanıblar. Kişilər arasında təşkil olunan yarışda Nicat Heydərov və Yaşar Bayramov qızıl medala yiyələniblər. Mustafa Məmmədovla Əli Məmmədov isə fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.

Qeyd edək ki, peşəkarlar arasında keçirilən yarışda klubumuzun uşu üzrə məşqçisi Rafət Əsədov baş hakim qismində çıxış edib və "Ən ədalətli hakim” nominasiyasının qalibi olub.

İdmançılarımız muay tay yarışındaİdmançılarımız muay tay yarışındaİdmançılarımız muay tay yarışında