Xəbərlər


Cüdoçularımız Serbiyadan medallarla dönürlər

Serbiyanın paytaxtı Belqradda cüdo üzrə açıq Avropa çempionatına yekun vurulub. 30 ölkədən 240 idmançının (157 kişi, 83 qadın) qatıldığı yarışda yığma komandamız 17 cüdoçu ilə təmsil olunub.

Azərbaycan millisi qitə çempionatını 1 gümüş və 4 bürünc medalla başa burub.

Mükafatçılar arasında yer almış cüdoçulardan 4-ü "Neftçi İdman Klubu"nun yetirmələridir. İdmançılarımızdan ağır çəkidə mübarizə aparan Cəlil Şükürov yalnız finalda məğlub olub və Avropa çempionatının gümüş medalına layiq görülüb. Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva (48 kq) isə mötəbər turnirdən bürünc medallarla ayrılıblar.

Cüdoçularımız Serbiyadan medallarla dönürlərCüdoçularımız Serbiyadan medallarla dönürlərCüdoçularımız Serbiyadan medallarla dönürlər
Cüdoçularımız Serbiyadan medallarla dönürlər